“TGT NƏDİR?” — Tələbəlik həyatına yeni baxış!
Kollec ·

Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı tələbələrin universitet həyatına daha yaxından inteqrasiyasını təmin etmək, onların təşkilatın fəaliyyəti, həyata keçirilən layihələr və mövcud inkişaf imkanları haqqında məlumatlandırılması məqsədilə “TGT NƏDİR?” adlı təqdimat tədbiri təşkil olunmuşdur.
Tədbir çərçivəsində tələbələr Tələbə Gənclər Təşkilatının əsas fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar, həyata keçirilən sosial və maarifləndirici layihələr, eləcə də tələbəlik həyatını daha səmərəli və yaddaqalan edən fəaliyyətlər haqqında ətraflı məlumat əldə edəcəklər. Proqram çərçivəsində təqdimat, videoçarx nümayişi, əyləncəli oyunlar və konsert proqramı nəzərdə tutulub. Tədbir tələbələrin yeni tanışlıqlar qurması, öz potensiallarını kəşf etməsi, universitetin ictimai həyatında fəal iştirak etməsi və TGT-nin yaratdığı imkanlarla yaxından tanış olması üçün əlverişli fürsət olacaq.
Bütün birinci kurs tələbələrini universitet həyatının yeni imkanlarını kəşf etməyə və tələbəlik illərini daha rəngarəng, fəal və yaddaqalan etmək üçün universitetimizdə fəaliyyət göstərən tələbə təşkilatlarına qoşulmaqa dəvət edirik!
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27


