OYU İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev növbəti vətəndaş qəbulunu keçirib
Kollec ·

Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların müraciətləri və qaldırdıqları məsələlər ətraflı nəzərdən keçirilib. Müraciətlər əsasən təhsil, məşğulluq, sosial müdafiə və digər sosial məsələlərlə bağlı olub.
Millət vəkili, professor Samir Vəliyev vətəndaşların müraciətlərinə diqqətlə yanaşıb, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılmasının vacibliyini vurğulayıb. Qəbul zamanı qanunvericiliyə uyğun olan müraciətlərin həlli istiqamətində müvafiq addımların atılması, aidiyyəti məsələlərin nəzarətə götürülməsi və onların həlli məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət olunması qərara alınıb.
Iformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27


