Əsas məzmuna keç

OYU-nun İdarəetmə Şurasının sədri, millət vəkili Samir Vəliyev YAP Təftiş Komissiyasının yeni tərkibinə daxil edilib

Kollec ·

Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Komissiyanın yeni tərkibində Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili Samir Vəliyev də yer alıb.

Professor Samir Vəliyev uzun illər ərzində elm, təhsil və ictimai fəaliyyət sahələrində müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. O, hazırda Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri kimi universitetin strateji inkişafı, idarəetmə və təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsində iştirak edir. YAP Təftiş Komissiyasının yeni tərkibində yer alması millət vəkili Samir Vəliyevin yeni ictimai fəaliyyət istiqamətlərindən biri kimi diqqət çəkir.

Odlar Yurdu Universitetinin kollektivi millət vəkili Samir Vəliyevi yeni fəaliyyət istiqaməti münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti

(+994 55) 465 85 27

OYU-nun İdarəetmə Şurasının sədri, millət vəkili Samir Vəliyev YAP Təftiş Komissiyasının yeni tərkibinə daxil edilib: şəkil 1
1 / 1

Digər xəbərlər

Hamısı