OYU müəllimləri Xankəndidə keçirilən “VətəndəSən” Təhsil Forumunda universiteti yüksək səviyyədə təmsil ediblər
Kollec ·

Odlar Yurdu Universitetinin müəllimləri Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilən “VətəndəSən” Təhsil Forumunda iştirak edərək universiteti yüksək səviyyədə təmsil ediblər.
Forum çərçivəsində təhsil sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif istiqamətlər üzrə təcrübə və bilik mübadiləsi həyata keçirilib. Təhsil ictimaiyyətinin nümayəndələrini bir araya gətirən forum iştirakçılar arasında yeni əlaqələrin qurulması və peşəkar təcrübənin paylaşılması baxımından əhəmiyyətli platforma olub. Tədbirdə Odlar Yurdu Universitetini İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ayşən Vəlibəyli, Sevinc Məmmədova və Solmaz Məmmədova təmsil ediblər.
OYU müəllimləri forumda fəal iştirakları ilə universitetin elmi-pedaqoji potensialını və təhsil sahəsindəki mövqeyini layiqincə nümayiş etdiriblər. Tədbirin sonunda forumda iştirak edən OYU müəllimlərinə sertifikatlar təqdim olunub.
Odlar Yurdu Universiteti müəllimlərinin Xankəndidə keçirilən “VətəndəSən” Təhsil Forumunda iştirakı universitetin təhsil sahəsində həyata keçirilən təşəbbüslərə və peşəkar platformalarda fəal iştirakına verdiyi önəmin göstəricisidir.
Odlar Yurdu Universiteti olaraq müəllimlərimizi bu əlamətdar iştirak münasibətilə təbrik edir, onlara elmi-pedaqoji fəaliyyətlərində və gələcək təşəbbüslərində yeni uğurlar arzulayırıq.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27


