Əsas məzmuna keç

Odlar Yurdu Kollecində 2026–2027-ci tədris ilinin açılış mərasimi keçirilib

Kollec ·

Odlar Yurdu Kollecində 2026–2027-ci tədris ilinin başlanması münasibətilə açılış mərasimi keçirilib.Universitetin həyətində təşkil olunan tədbirdə Kollecin tələbə-müəllim kollektivi, yeni qəbul olunmuş tələbələr və universitetin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində yeni qəbul olunmuş tələbələr təbrik edilib, onlara təhsil həyatında uğurlar və xoş arzular çatdırılıb. Çıxışlarda tələbələrin Odlar Yurdu Kollecində əldə edəcəkləri bilik və bacarıqların, onların gələcək peşəkar inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Daha sonra çıxış üçün Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə söz verilib. Rektor yeni qəbul olunan tələbələri təbrik edərək onlara təhsil həyatında uğurlar arzulayıb, qarşıdakı illərdə universitet və kollecdə yaradılan imkanlardan səmərəli yararlanmağın vacibliyini diqqətə çatdırıb.

Odlar Yurdu Kollecinin direktoru Vəfa Vəliyeva da tələbələri yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlu təhsil həyatı arzulayıb. Mərasimin sonunda TGT, THİK və TEC-in nümayəndələrinin müşayiəti ilə yeni qəbul olunmuş tələbələr qruplar şəklində onlar üçün ayrılmış auditoriyalara yola salınıb. Tələbələr auditoriyalar və tədris prosesi ilə tanış olublar.

Beləliklə, Odlar Yurdu Kollecində yeni tədris ilinə start verilib.

Informasiya və ictimaiyyətlə əlaqələr departamenti

(+994 55) 465 85 27

Odlar Yurdu Kollecində 2026–2027-ci tədris ilinin açılış mərasimi keçirilib: şəkil 1
1 / 5

Digər xəbərlər

Hamısı